Dünyanın ən ilginc müharibəsi: Avstraliya ordusunu məğlub edən emular

Dünyanın ən ilginc müharibəsi: Avstraliya ordusunu məğlub edən emular

1932-ci ildə Avstraliyada baş verən qəribə və qeyri-adi bir hadisə tarix kitablarına “Böyük emu müharibəsi” kimi düşüb.

Təsərrüfata ziyan vuran emu sürüləri ilə mübarizə aparmaq üçün hərəkətə keçən Avstraliya hərbçiləri, bu sürətli və möhkəm quşlara qarşı döyüşdə gözlənilməz məğlubiyyətlə qarşılaşıblar.

Maraqlı hadisə 1932-ci ildə baş verib. Belə ki, Avstraliya ordusu fermerlərin əkinlərinə zərər verən minlərlə emuya qarşı silaha əl atıb. Lakin nəticələr gözlənildiyi kimi olmayıb.

Birinci Dünya Müharibəsindən sonra Avstraliyanın qərbindəki fermerlər bu bölgədə dövlətin təşviqi ilə məskunlaşaraq buğda və digər kənd təsərrüfatı məhsulları yetişdirməyə başlayıblar. Ancaq 1932-ci ildə quraqlıq səbəbiylə qida axtarışında olan təxminən 20 min emu quşu əkinçilərin tarlalarına hücum edib və məhsullara böyük ziyan vurub. Bu vəziyyət qarşısında çarəsiz qalan fermerlər hökumətdən kömək istəyib.

Problemi həll etmək üçün Avstraliya hökuməti radikal qərar qəbul edərək emulara qarşı hərbi müdaxilə etmək qərarına gəliblər. Bununla da mayor Mereditin komandanlığı altında bölgəyə silahla təchiz edilmiş iki əsgər göndərilib. Əməliyyatın məqsədi emu sürüsünə nəzarət etmək və fermerlərin məhsullarını qorumaq olub.

Əməliyyat əvvəlcə uğurlu alınsa da emuların gözlənilməz müqaviməti və hərəkətliliyi səbəbindən hərbçilər çətinliklərlə üzləşiblər. Emular cəld və dağınıq şəkildə hərəkət edərək pulemyotlardan qurtula biliblər.

Bir həftəlik döyüşdən sonra əsgərlər təxminən 1000 emunu öldürüblər, lakin bu rəqəm ilkin hədəflərdən çox az olub. Bundan əlavə emuların bir çoxu güllə yarası alsa da, qaçmağı bacarıb və tez bir zamanda yenidən toplanıblar. Hərbçilərin səylərinə baxmayaraq emu sürüsü azalmayıb və hətta daha böyük müqavimət göstəriblər.

Bu hadisə Avstraliya tarixində ən maraqlı və yumoristik hadisələrdən biri kimi yadda qalıb. “Böyük emu döyüşü” adlanan bu hadisə təbiətin gücünü və insan müdaxiləsinin onun qarşısında aciz qaldığını sübut edib. İllər keçsə də bu hadisədən indi də danışılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + eleven =