“Əbu Dəhham” kod adlı terrorçu zərərsizləşdirildi
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən Suriyada terror təşkilatı PKK-ya qarşı “Nöqtə əməliyyatı” həyata keçirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
MİT Suriyadakı hərbi birləşmələrə hücumlar planlaşdıran terror təşkilatı PKK/YPG-nin qondarma Tabqa məsullarından olan Ömər Abdullah Dəhhamı əməliyyatla zərərsizləşdirdi.
Terror təşkilatı PKK/YPG-nin Suriyadakı Tabqa şəhərinə “məsul”, “Əbu Dəhham” kod adlı terrorçunun Türkiyəyə qarşı terror aktı planlaşdırmasına bulaşdığı bəlli olub.
2017-ci ildən etibarən “Fərat qalxanı” və “Sülh çeşməsi” əməliyyat bölgələrində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) baza bölgələrinə qarşı hücumlar edən, təşkilat komandasında məsul səviyyədə fəaliyyət göstərdiyi müəyyən edilən Dəhham MİT tərəfindən təqib edilirdi. O, Suriyanın Tabqa bölgəsində keçirilən nöqtə əməliyyatında zərərsizləşdirildi