Əbu Ubeydə: Biz düşmənin 825 zirehli texnikasını məhv etdik

Əbu Ubeydə: Biz düşmənin 825 zirehli texnikasını məhv etdik

HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam Batalyonlarının sözçüsü Əbu Ubeydə cümə axşamı gecəsi deyib: Biz son iki gün ərzində 3 İsrail helikopterini hədəfə aldıq və düşmənin 825 zirehli texnikasını məhv etdik.

İRNA-nın Qətərin Əl-Cəzirə şəbəkəsinə istinadən verdiyi məlumata görə, Əbu Ubeydə deyib: Əl-Əqsa fırtınası döyüşü sionist düşməni tənəzzül və məhv olmaq yoluna çıxardı.

O, əlavə edib: Biz onilliklər ərzində Fələstin xalqının müdafiəsi üçün mübarizə apardıq, nəhayət Əl-Əqsa tufanı əməliyyatını həyata keçirdik.

Biz döyüşməyə və qüvvələrimizi hazırlamağa davam etdik, çünki haqqımızın alınmasının vacibliyini bilirdik.

Əbu Ubeydin sözünün başqa bir yerində bildirilir: Düşmənə zərbə vurduğumuzu və həyatda ədalət və azadlıq axtaran bir xalq olduğumuzu bütün dünyaya çatdırdıq.

83 günlük döyüşdən sonra bizim mücahidlərimiz hələ də meydanda düşmənlə üz-üzədirlər.

O, bəyan edib: Biz millətimiz üçün döyüşürük və mücahidlərimiz düşmənin partlamamış raketlərini təkrar istifadə edərək xüsusi əməliyyat keçirdilər.

 “Biz Qəssam döyüşçüləri tərəfindən düşmən qüvvələrinin və silahlarının hədəfə alınmasının çoxlu şəkillərini yayımladıq və bu, yalnız kiçik bir hissədir”.

O, Fələstin rəsmilərinin sözlərini təkrarlayaraq qeyd edib: Bizim prioritetimiz müharibəni və düşmənin cinayətlərini dayandırmaqdır və Qəzzada müharibənin dayandırılmasından başqa, heç bir şeyin üstünlüyü yoxdur.

Əbu Ubeydə aydınlaşdırıb: Qəzzada müharibə tamamilə dayandırılmayana qədər əsirlərin mübadiləsi ilə bağlı heç bir razılaşmanı qəbul etməyəcəyik.

Məhz Fələstin xalqının və mücahidlərinin sabitliyi və müqaviməti düşmənin fitnə və cinayətlərini məğlub etdi.

Əl-Qəssam batalyonlarının sözçüsü deyib: Xalqımız bu döyüşdən qürurla çıxacaq.

Əbu Ubeydə dünyanın indi ya qəddar cinayətkar, ya da çarəsiz seyrçi rolunda olduğunu bildirərək əlavə edib: Müharibə zamanı əsirlərin mübadiləsi mənasızdır və bizim prioritetimiz müharibəni dayandırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + nine =