Əbu Ubeydə: Sionist rejimin cinayətlərinin bədəli ağır və sarsıdıcı olacaq

Əbu Ubeydə: Sionist rejimin cinayətlərinin bədəli ağır və sarsıdıcı olacaq

Əl-Qəssam Briqadalarının sözçüsü Amerikanın sionist rejimə dəstəyinin bu rejimə heç bir fayda verməyəcəyini bildirərək, işğalçı rejimin cinayətlərinin bədəlinin ağır və sarsıdıcı olacağını vurğulayıb.

Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi xəbərə görə, HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam Batalyonlarının sözçüsü Əbu Ubeydə sionist rejiminə xəbərdarlıq edib ki, onun cinayətlərinin bədəli ağır və sarsıdıı olacaq və müqavimət Fələstin millətinə və Məscidül-Əqsaya qarşı törədilən bu cinayətləri görməzlikdən gəlməyəcək.

Əbu Ubeydə səsli mesajında əlavə edib: ABŞ hökumətinin sionist rejimə dəstəyi bu rejimə kömək etməyəcək və onu xilas etməyəcək.

O, davam etdi: Biz bütün Fələstin xalqından öz ləyaqətini və Məscidül-Əqsanı müdafiə etmələrini xahiş edirik. Əl-Əqsa Tufanı əməliyyatı sərhədçilərin və fələstinli döyüşçülərin olduğu Fələstin ərazisinin hər guşəsinə yayılacaq.

Əbu Ubeydə bildirib: Sionist düşmən indi son 75 ildə ən pis vəziyyətdədir. Bu arada dünya hələ də sionistlərin uşaqları və mülki insanları öldürmək və Fələstin xalqının yaşayış evlərini bombalamaqla  cinayətlərini seyr edir.

Əl-Qəssam Briqadalarının sözçüsü sionizmin fitnə və sarsıdıcı planını alt-üst etmək üçün İslam ümməti xalqlarından Fələstin sərhədlərinə özlərini çatdırmalarını istəyib.

O, həmçinin dünyadakı azad insanları sionist düşmənin və Amerikanın dünya ölkələrindəki səfirlikləri qarşısına toplaşmağa dəvət edib.

Əbu Ubeydə sonda vurğuladı: Fələstin xalqını və İslam ümmətini əmin edirik ki, müqavimət yaxşı vəziyyətdədir və işğalçı rejimlə uzun döyüşə hazırdır. Müqavimət sahəyə nəzarət edir və düşmənə nə vaxt zərbə vuracağını bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − thirteen =