Ədən körfəzində növbəti gəmiyə hücum edilib

Ədən körfəzində növbəti gəmiyə hücum edilib

Bu gün (bazar ertəsi) media mənbələri Ədən körfəzində bir gəminin hədəf alındığını bildirib. Bununla bağlı Sputnik xəbər agentliyi Yəmənin Ədən körfəzində bir gəminin hədəf alındığı xəbərini aldığını açıqlayıb.

Bununla əlaqədar olaraq İngiltərə Dəniz Ticarət Əməliyyatları Təşkilatı da Ədənin 91 dəniz mili cənub-şərqində təhlükəsizlik hadisəsi baş verməsi ilə bağlı xəbər aldığını açıqlayıb.

İndiyədək bu hücumun və onu həyata keçirən tərəfin daha ətraflı təfərrüatları açıqlanmasa da, bəzi qeyri-rəsmi mənbələr bu hücumun Yəmən silahlı qüvvələri tərəfindən həyata keçirildiyini açıqlayıb.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − nine =