Egey dənizində mühacirləri daşıyan gəmi qəzaya uğrayıb, 15 nəfər ölüb
![Egey dənizində mühacirləri daşıyan gəmi qəzaya uğrayıb, 15 nəfər ölüb](https://sizinyol.org/wp-content/uploads/2022/10/7-3.jpg)
Egey dənizinin Yunanıstanın Lesbos adası sahillərində göyərtəsində mühacirlər olan gəminin batması nəticəsində azı 15 nəfər ölüb, 5 nəfər itkin düşüb.
“Report” “AFP”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizə Xidməti məlumat yayıb.
Gəmidə 40 nəfərə yaxın şəxs olub.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır.
Report.az