Əhali arasında sürətlə yayılan xəstəlik nədir? – Qızdırma düşmür-Video

Əhali arasında sürətlə yayılan xəstəlik nədir? – Qızdırma düşmür-Video

on günlər dünyada virusların yeni ştamplarının yayılmasıyla bağlı xəbərlərə tez-tez rast gəlirik. Hazırda Azərbaycanda da həm uşaqlar, həm də böyüklər arasında tez-tez öskürək, halsızlıq, qızdırma və s. kimi hallar müşahidə olunur.

İstər-istəməz bu hal insanlarda bir narahatlıq yaradır ki, görəsən bu mövsümlə əlaqəlidir, yoxsa yeni virus ştamplarından biridir? Vəziyyətlə bağlı infeksionist Vasif Əliyevlə danışdıq. Onun sözlərinə görə dünyada koronavirusun, yəni omikronun alt tipi olan Erus, yəni EG.5 mutasiyası yayılmağa doğru gedir.

Mövcud vəziyyətdə müşahidə edilən qızdırma, öskürək, halsızlıq və s. kimi simptomlar ilk olaraq ağla sözügedən mutasiyanı gətirir. Bunu təsdiq etmək üçünsə mütləq diaqnostik test, yəni burundan yaxma vermək lazımdır. Ancaq insanlar qrip bənzəri əlamətlər olduğuna və xəstəliyi daha yüngül formada keçirdiklərinə görə test vermək istəmirlər.

Həkim bildirir ki, hansı virusun bu xəstəliyi törətməyindən asılı olmayaraq, müalicə eynidir. Sözügedən viruslardan qorunmaq üçün həmişəki kimi ara məsafəsinin gözlənilməsi, gigiyena qaydalarına əməl etmək, ehtiyac varsa, maska taxmaq və düzgün qidalanmaq lazımdır. 

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − eight =