Əksər sionistlər Əl-Əqsa tufanı əməliyyatını Tel-Əviv üçün böyük məğlubiyyət hesab edirlər

Əksər sionistlər Əl-Əqsa tufanı əməliyyatını Tel-Əviv üçün böyük məğlubiyyət hesab edirlər

İşğal olunmuş ərazilərdə aparılan sorğunun nəticələri göstərir ki, sionistlərin əksəriyyəti Əl-Əqsa tufanı əməliyyatını sionist rejim üçün böyük məğlubiyyət hesab edir.

Mehr Xəbər Agentliyinin Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə keçirilən sorğunun nəticələri göstərir ki, iştirakçıların 84 faizi Fələstin qüvvələrinin şənbə günü başlayan “Əl-Əqsa tufanı” adlı əməliyyatını sionist rejimin siyasi liderləri üçün böyük məğlubiyyət hesab edir.

Bu məlumatda deyilir: İsraillilərin 94%-i Qəzza zolağı ətrafında müdafiə sisteminin dağılmasına görə Netanyahunun kabinetinin məsuliyyət daşıdığına inanır.

Bu sorğuya əsasən, iştirakçı sionistlərin 67%-i Əl-Əqsa tufanı əməliyyatından sonra sionist rejimə verilən ağır məğlubiyyətin 1973-cü ildəki məğlubiyyətdən daha böyük olduğunu düşünür.

Şənbə günü səhər saatlarında dəqiq və koordinasiyalı əməliyyatda Fələstin müqavimət qüvvələri Qəzza sərhədlərini keçərək Qəzza zolağı ətrafındakı işğal olunmuş yaşayış məntəqələrinə daxil olarkən yarım saatdan az müddətdə işğal olunmuş ərazilərə doğru 5000-dən çox raket və mərmi atıblar.

Sionistlərin şəxsi paltarda qaçması, sərhəd əsgərlərinin öldürülməsi, avtomobillərin və hətta sərhəd məntəqələrində İsrail tanklarının qənimət olaraq götrülməsinin görüntüləri sionistlərin dərin qəflətdə olduğunu göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =