Ekvadora 40-a yaxın ölkə yardım təklif edib

Ekvadora 40-a yaxın ölkə yardım təklif edib

Ekvador hakimiyyəti həbsxana iğtişaşlarının yaratdığı problemlər fonunda 38 ölkədən yardım təklifi alıb.

Bu barədə Ekvador prezidenti Daniel Noboa bildirib.

Onun sözlərinə görə, ölkə artıq Argentina və ABŞ-dən yardım qəbul edib:

“Ekvador xarici ölkələrin dəstəyindən imtina etmək iqtidarında deyil. İndi bizə hərbi yardım lazımdır. Ekvador terrorizmlə birbaşa müharibə vəziyyətində olduğundan ölkənin kəşfiyyat məlumatlarına, artilleriyaya və digər vasitələrə ehtiyacı var”, – deyə prezident vurğulayıb.

Xatırladaq ki, yanvarın 7-də Ekvadorun ən böyük dəstələrindən olan “Los Çoneros”un lideri Xose Adolfo Macias Villamar həbsxanadan qaçdıqdan sonra ölkədə 60 gün müddətinə fövqəladə vəziyyət və komendant saatı elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 10 =