Əl-Bəxiti: Amerika və Britaniya qüvvələrinin Yəmənə daxil olması hücumlarımızın əhatəsini genişləndirəcək

Əl-Bəxiti: Amerika və Britaniya qüvvələrinin Yəmənə daxil olması hücumlarımızın əhatəsini genişləndirəcək

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Məhəmməd Əl-Bəxiti” şənbə günü deyib: “Biz Amerika və İngiltərə quru qüvvələrinin Yəməndəki əməliyyatlarından qorxmuruq və şübhəsiz ki, hücumlarımızın əhatə dairəsini genişləndirəcəyik. “

İRNA-nın məlumatına görə, Əl-Bəxiti Əl-Məyadin şəbəkəsinə deyib: Amerika, İngiltərə və sionist rejim Qəzzəyə müdaxiləni dayandırmalıdır ki, onların gəmiləri də hədəfə alınmasın.

Bu Ənsarullah rəsmisi həmçinin, Amerika gəmisinin yaxınlığında bir İngilis döyüş gəmisinin birbaşa hədəfə alındığını bildirib.

O, davam edib: Qəzzəyə təcavüz dayandırılmayana qədər sionist rejimə qarşı hərbi əməliyyatlar dayanmayacaq.

Əl-Baxiti sonda vurğulayıb: Bizim istəyimiz birbaşa amerikalılarla döyüşməkdir.

Bu bəyanatlar Yəmən ordusunun Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq son həftələrdə Qırmızı dənizdə və Babəl-Məndəb boğazında işğal olunmuş ərazilərə gedən bəzi sionist gəmi və ya gəmiləri hədəfə almasından sonra verilib.

Yəmən ordusunun qüvvələri İsrail rejimi Qəzzaya hücumlarını dayandırmayana qədər bu rejimin gəmilərinə və ya Qırmızı dənizdə işğal olunmuş ərazilərə gedən gəmilərə hücumlarını davam etdirəcəkləri barədə vədə veriblər.

Amerika Yəmən ordusunun Qırmızı dənizdəki əməliyyatına qarşı çıxmaq üçün dəniz koalisiyası yaratdığını iddia edir.

Lakin Fransa, İspaniya və İtaliya bu ittifaqdan çıxdıqlarını təsdiq edərək hərbi gəmilərini ABŞ komandanlığına təhvil verməkdən imtina ediblər və koalisiyaya qoşulmağa razılıq verən yeganə ərəb ölkəsi Bəhreyn olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 4 =