Əl-Cəzirə: Sionist rejim Qəzza zolağının cənubundakı Xan Yunisdə möhkəmlənmək niyyətindədir

Əl-Cəzirə: Sionist rejim Qəzza zolağının cənubundakı Xan Yunisdə möhkəmlənmək niyyətindədir

Qətərin Əl-Cəzirə şəbəkəsi çərşənbə axşamı gecə elan edib ki, peyk görüntüləri sionist rejimin Qəzza zolağının cənubundakı Xan Yunisdə möhkəmlənməyə çalışdığını göstərir.

İRNA-nın məlumatına görə, Əl-Cəzirə kanalı bu peyk görüntülərinə əsaslanaraq, sionist ordu qüvvələrinin 300-ə yaxın hərbi maşını və tankının heç bir irəliləyiş olmadan yerində sabit dayandığını bildirir.

Əl-Cəzirə elan edib ki, peyk görüntülərinin təhlili də göstərir ki, sionist qüvvələr öz qüvvələrinin irəliləməsi məqsədilə yollar açmaq üçün Xan Yunisdə yeni ərazilərin yollarını dağıdır.

7 oktyabr 2023-cü ildə Fələstin müqavimət qrupları Qəzzadan (Fələstinin cənubu) İsrail rejiminin mövqelərinə qarşı “Əqsa tufanı” adlı qəfil əməliyyata başlayıb.

HƏMAS ilə İsrail arasında 4 günlük müvəqqəti atəşkəsin sona çatmasının ardından Qətər vasitəçi ölkələrdən biri olaraq HƏMAS və Tel-Əviv arasında atəşkəsin 48 saat uzadılmasına dair razılaşma əldə edildiyini açıqlayıb.

Nəhayət, 2023-cü il dekabrın 1-i, cümə günü səhər saatlarında müvəqqəti atəşkəs başa çatdı və sionist rejim Qəzzəyə hücumlarını bərpa etdi.

Bu rejim “Əqsa tufanı”nın qəfil hücumlarına cavab vermək və məğlubiyyətini kompensasiya etmək və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağının bütün keçidlərini bağlayıb və bu ərazini bombalayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + eight =