Əl-Cəzirə: Tel-Əviv əməliyyat otağında 5 ölkənin kəşfiyyat xidmətləri iştirak edir

Əl-Cəzirə: Tel-Əviv əməliyyat otağında 5 ölkənin kəşfiyyat xidmətləri iştirak edir

“Əl-Cəzirə” telekanalına müsahibə verən hərbi ekspert deyib ki, beş Qərb ölkəsinin kəşfiyyat xidməti Tel-Əviv əməliyyat otağında iştirak edir, lakin indiyədək onlar uğursuzluğa düçar olublar.

Hərbi məsələlər üzrə ekspert Fayez Əd-Duveyri çərşənbə axşamı Əl-Cəzirə xəbər kanalına müsahibəsində İsrailin hərbi kəşfiyyat səviyyəsində uğursuzluğa düçar olduğunu bildirib.

O, sözlərinə davam edərək deyib: “Hazırda beş ölkə İsrailin iki əməliyyat otağında kəşfiyyat xidmətləri göztərir, onlardan biri Tel-Əvivdə, digəri isə Qəzza zolağının yaxınlığındadır və həmin ölkələr ABŞ, İngiltərə, Fransa, Almaniya və İtaliyadır.

Sionist rejimin başçısı İshaq Hersoq çərşənbə axşamı verdiyi müsahibədə Qəzzadakı müharibənin sadəcə İsrail və HƏMAS arasında müharibə deyil, Qərb sivilizasiyasını xilas etmək üçün aparılan müharibə olduğunu iddia edib.

Cümə günü Fələstinin HƏMAS qruplaşması ilə bir həftəlik humanitar fasiləni başa vurduqdan sonra İsrail rejimi Qəzza zolağına hərbi hücumlarını bərpa edib və Qəzza zolağının cənub hissəsinə ağır hücumlara başlayıb.

Son statistik məlumatlar Qəzzə müharibəsində fələstinli şəhidlərin sayının 15 min 900 nəfərdən çox olmasına, sionist rejimin amansız hava və qurudan hücumları nəticəsində 42 min nəfərin yaralanmasına dəlalət edir. Bu arada Qəzza xəstəxanalarında yalnız 1500 yaralının müalicəsi üçün çarpayılar var.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi sionist rejimin hərbi hücumlarının genişlənməsinin təsiri altında mülki əhali arasında itkilərin çoxluğuna işarə edərək, bu müharibənin daimi və sabit atəşkəs tələb etdiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi çərşənbə axşamı bildirib ki, Qəzzada orta hesabla hər 10 dəqiqədən bir bir fələstinli uşaq öldürülür. O, qeyd olunan statistikaya istinad edərək, bu vəziyyəti “bəşəriyyətin ən qaranlıq anı” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =