Əl-Əqsa tufanının 166-cı günü Qəzzanın “Ər-Rummal” məhəlləsində qarşıdurma

Əl-Əqsa tufanının 166-cı günü Qəzzanın “Ər-Rummal” məhəlləsində qarşıdurma

Xəbər mənbələri Qəzza zolağının qərbindəki Ər-Rummal məhəlləsində Fələstin müqaviməti ilə İsrailin işğalçı qüvvələri arasında şiddətli qarşıdurma olduğunu bildirib.

Təsnim Xəbər Agentliyinin məlumatına əsasən, “Əqsa tufanı”nın 166-cı günündə sionist rejimin Qəzza və onun mühasirədəki xalqına qarşı hücumları davam edir.

Əl-Cəzirə müxbiri bildirib ki, sionist qırıcılar artilleriya hücumları və geniş miqyaslı atışmalarla eyni vaxtda Qəzza şəhəri və onun şimalında bir neçə bölgəni hədəf alıblar.

Əl-Məyadin Qəzza şəhərinin qərbindəki Ər-Rummal məhəlləsində çox sayda ailənin işğalçıların bu bölgədəki davamlı hücumları və bombardmanları səbəbindən mühasirəyə alındığını bildirib.

Fələstinin “Şahab” xəbər agentliyi İsrail qırıcıları və artilleriyasının Ər-Rummal məhəlləsində və Əş-Şifa xəstəxanası ətrafında bir sıra evi hədəf aldığını və eyni zamanda tibb qruplarının bu ərazilərin sakinlərini müalicə etmək üçün getməsinə mane olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =