Əl-Husi: İsrail rejiminin gəmilərinə hücumlarımız Qəzzaya təcavüzə son qoyulana qədər davam edəcək

Əl-Husi: İsrail rejiminin gəmilərinə hücumlarımız Qəzzaya təcavüzə son qoyulana qədər davam edəcək

Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi vurğulayıb: Bu ölkə Qəzzaya təcavüzə son qoyulana və onun blokadası aradan qalxana qədər işğal altındakı Fələstin torpağındakı işğalçıların mövqelərinə və Qüdsü işğal etmiş rejimlə əlaqəli gəmilərə hücumlarını davam etdirəcək.

Sionistlər Umm ər-Rəşraşda daimi qorxu və narahatlıq içində yaşayırlar və bu limanın iqtisadi vəziyyəti ciddi şəkildə ziyan görüb.

Sionist düşmən öz mallarını daşımaq üçün gəmi icarəyə götürməyə məcbur olub və bu gəmilərin hədəfə alınmasından sonra vəziyyət onun üçün çətinləşib. Əməliyyatlarımız nəticəsində düşmənin verdiyi iqtisadi itkilər çox ağırdır. Bu tamamilə aydındır.

Ölkəmizə təcavüz etməklə amerikalılar və ingilislər bizi sionist rejimin gəmilərinə hücum etməkdən çəkindirmək və malların bu rejimə davamlı təhvil verilməsi üçün şərait yaratmaq məqsədi güdürlər. Amerika və İngiltərə başqa ölkələri müdafiə etmək üçün heç bir addım atmır. Onların beynəlxalq dəniz daşımalarını qorumaqla bağlı iddiaları doğru deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 19 =