Əl-Məsirə: Amerika və İngiltərə Yəmənin qərbinə hücum edib

Əl-Məsirə: Amerika və İngiltərə Yəmənin qərbinə hücum edib

Yəmən mediası ABŞ və Britaniyanın bu ölkənin qərbindəki bölgəyə hücum etdiyini bildirib.

Mehr xəbər agentliyinin Əl-Məsirəyə istinadla verdiyi məlumata görə, ABŞ və İngiltərə bu gecə Yəmənin qərbinə təcavüz edərək hədəfə alıblar.

Bu medianın elanına görə, London və Vaşinqton bu gecəki hücumda Əl-Hədidə (Yəmənin qərbi) şəhərinin Əl-Cəbanə bölgəsinə 2 hava hücumu həyata keçirib.

Hələlik dəymiş ziyanın miqdarı və mümkün tələfatla bağlı mətbuatda daha çox xəbər və məlumat dərc olunmayıb.

Həmçinin, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri hələlik bu xəbərə reaksiya verməyib və xəbəri nə təkzib, nə də təsdiq edib.

Yəmən xəbər mediası dünən səhər tezdən məlumat yayıb ki, ölkənin bir neçə şəhəri və müxtəlif bölgələri Amerika və İngiltərə təcavüzünə məruz qalıb.

Cümə axşamı səhər bəzi xəbər mənbələri Yəmənin müxtəlif bölgələrində, o cümlədən Səna, Taiz, Əl-Hədidə, Səədə, Zimar, Taiz və Əl-Bəyzada güclü partlayış səsi gəldiyini bildirib.

Reuters xəbər agentliyi Amerika rəsmilərinə istinadən verdiyi xəbərdə Amerika ordusunun Yəməndəki hədəflərə yeni hücumlarını təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =