Əl Məyadin: Qəzzədə atəşkəs müzakirəsindən heç bir yeni nəticə alınmadı

Əl Məyadin: Qəzzədə atəşkəs müzakirəsindən heç bir yeni nəticə alınmadı

Müqavimətin yüksək rütbəli rəsmilərindən biri Qəzzədə atəşkəs zəminində Qətər paytaxtı Dohada keçirilən müzakirələrdə yeni bir nəticənin əldə olunmadığından xəbər verib.

İRNA-nın məlumatına əsasən, adının hallanmasını istəməyən bu müqavimət rəsmisi deyib: İsrail qadın, uşaq və ahıl kişilərdən ibarət girovların qaytarılması barədə Həmasın təklifini qəbul etmədi. Həmçinin Qəzzədən geri çəkilmə yaxud atəşkəs barədə heç bir cavab vermədi və hətta Həmasın fələstinli əsirlərin geri qaytarılması haqda söhbət belə açılmadı.

Bundan əvvəl də Haarets qəzeti Mossad rəhbəri David Barniyanın başçılıq etdiyi heyətin 22 martda Qətərin paytaxtı Dohaya səfər etdiyindən xəbər vermişdi. İsrailin 12-ci kanalı isə ŞABAK sədri Ronin Barın müzakirə heyətinə daha artıq ixtiyarların verilməməsi səbəbinə Dohaya səfər etməyəcəkləri ilə təhdid etdiyi barədə məlumat yaymışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =