Əl-Qəssam 15 İsrail piyadasını hədəf alıb

Əl-Qəssam 15 İsrail piyadasını hədəf alıb

HƏMAS hərəkatının hərbi qanadı olan Kətaibəl-Qəssam Xan Yunis şəhərinin şərqində sionist rejimin 15 nəfərdən ibarət piyada qüvvələrini hədəfə alıb.

Kətaibəl-Qəssam döyüşçüləri Xan Yunis şəhərinin şərq istiqamətində sionist rejimin 15 nəfərdən ibarət piyada qüvvələrini üç piyada əleyhinə mina ilə hədəfə alıb və nəticədə onlar həlak olub və yaralanıb.

İsrail ordusu cümə axşamı (7 dekabr) daha iki ölüm faktını təsdiqləyib. Bu ikisi komandolar briqadasından Almano Falka və paraşütçülər briqadasından Amit Bunzeldir.

Qeyri-rəsmi mənbələrin azı iki-üç dəfə çox hesab etdiyi sionist ordusunun rəsmi statistikasına əsasən, oktyabrın 7-də Əl-Əqsa tufanı əməliyyatının başlanmasından bəri bu ordunun itkilərinin sayı 413 nəfərə çatıb.

Əl-Mənar kanalı bildirib ki, Kataibəl-Qəssam döyüşçüləri Xan Yunis şəhərinin şərqində “tandum” gülləsi ilə hərbi buldozeri hədəfə alıblar.

Əl-Qəssam döyüşçüləri həmçinin Xan Yunisin şərqində sionist rejimin iki tankını “İlyasin 105”lə hədəfə alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 3 =