Əl-Qəssam batalyonları Təl-Əvivi hədəfə alıblar

Əl-Qəssam batalyonları Təl-Əvivi hədəfə alıblar

İzzəddin Əl-Qəssam batalyonları sionist rejimin fələstinli mülkilərə qarşı cinayətlərinə cavab olaraq, Təl-Əvivin cənubunu raketlə hədəfə alıblar.

Həmas hərəkatının hərbi qolu olan Əl-Qəssam batalyonları bu gün günortaçağı Təl-Əvivin cənubunda yerləşən Rişon-le-Sion qəsəbəsini raketlə hədəfə alıblar. Bu hücumlar «Ben-Qurion» hava limanında uçuşların dayandırılmasına səbəb olub.

Belə bir halda, Qəzzə zolağındakı milli müqavimət komitələri bildiriblər ki, sionistlərin Qəzzədəki cinayətlərinə cavab olaraq, bu gün səhər sionist rejim ordusunun Qəzzə zolağının ətrafında yerləşən Nahal-Oz bölgəsindəki hərbi mövqeyini mərmilərlə hədəfə alıblar.

«Əl-Əqsa Tufanı» əməliyyatından və sionist rejimin fələstinlilərə qarşı cinayətlərindən on bir gün ötür. Belə bir halda, son statistikalar göstərir ki, indiyədək Qəzzədə iki min səkkiz yüz yetmiş üç nəfər şəhid olub, təqribən on iki min nəfər də yaralanıbdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =