Əl-Qəssam batalyonlarının Qəzza zolağında müxtəlif əməliyyatları

Əl-Qəssam batalyonlarının Qəzza zolağında müxtəlif əməliyyatları

HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Batalyonları cümə günü gecə keçirdiyi müxtəlif əməliyyatlar haqqında hesabat dərc edib.

İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, son 24 saat ərzində Əl-Qəssam batalyonlarının mücahidləri sionist rejimin 15 zirehli texnikasını tamamilə və ya qismən məhv etməyə nail olublar.

Cümə günü verilən bu xəbərə əsasən, həmçinin, 7 sionist zabit və əsgərin öldürülməsi və yaralanmasına da müvəffəq olublar.

Mücahidlər sionist işğalçı qüvvələr arasında 10 mina partladıb və bu, düşmən qüvvələri arasında itkilərlə nəticələnib.

Əl-Qəssam qüvvələri düşmənin səhra komandanlığının qərargahına və canlı qüvvə və döyüş texnikasına minaatanlarla 3 hücum həyata keçirə bilib.

Başqa bir əməliyyatda Əl-Qəssam mücahidləri ilə sionist işğalçıları arasında 6 şiddətli toqquşma faktı qeydə alınıb.

Bu xəbərə əsasən, Əl-Qəssam batalyonları həmçinin cənubda Xan Yunisin şərqindəki Xüzaə bölgəsində sionist ordunun 7 əsgərindən ibarət bir qrupun arasında üç piyada əleyhinə mina partlatdıqlarını elan ediblər. Nəticədə bu əsgərlər ölüb və yaralanıb.

Əl-Qəssam batalyonları Qəzzə şəhərinin Ət-Tuffah bölgəsinin şərqində sionist rejimin 9 zirehli maşınını hədəfə aldıqlarını və piyada əleyhinə raketlərlə düşmənin piyadaları ilə vuruşduqlarını və bir neçə sionisti məhv etdiklərini elan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + ten =