Əl-Qəssam bir israilli əsirin azad edilməsi əməliyyatının uğursuzluğunu göstərən video yayımlayıb

Əl-Qəssam bir israilli əsirin azad edilməsi əməliyyatının uğursuzluğunu göstərən video yayımlayıb

HƏMAS-ın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadaları filmdən bir neçə dəqiqə əvvəl Qəzza zolağında əsir götürülmüş İsrail əsgərinin azad edilməsi əməliyyatının uğursuzluğunu və sionist komandolarının silah və rabitə vasitələrinin ələ keçirilməsini və əsirlərin öldürülməsini göstərən video dərc edib.

İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Əl-Qəssam beynəlxalq qanunlara zidd olaraq İsrail xüsusi təyinatlılarının humanitar işlərdə fəal olan təşkilatlar adı altında təcili yardım maşınında bölgəyə gəldiyini və onlarla Əl-Qəssam qüvvələri arasında toqquşma olduğunu açıqlayıb.

Bu qarşıdurma israilli əsirin öldürülməsi və sionist ordusunun bir sıra komando qüvvələrinin ölməsi və yaralanması ilə nəticələnib.

Sionist ordunun sözçüsü israilli əsirlərin azad edilməsi əməliyyatının uğursuzluğunu etiraf və hücum edən İsrail qüvvələrinin bəzilərinin yaralanmasına işarə edib.

İzzəddin Əl-Qəssam Briqadaları qısa bir bəyanat dərc edərək elan edib: Mücahid Əl-Qəssam qüvvələri bu səhər sionistlərin bir sionist əsirin olduğu yerə çatmaq cəhdinin qarşısını alıb.

Müqavimət qüvvələri sionist hərbi qüvvələrin sionist hərbi əsir olan “Saar Baruç”u azad etmək cəhdini müşahidə etdilər, lakin Əl-Qəssamın onlarla münaqişəsinin nəticəsi sionistlərin bütün üzvlərinin öldürülməsi və yaralanmasından başqa, bir şey olmadı.

Əl-Qəssamın bəyanatının davamında deyilir: İşğalçı rejimin təyyarələri bu qüvvələrin geri çəkilməsinə dəstək vermək üçün ərazini bombalayıb. Lakin müqavimət qüvvələri ilə işğalçı qüvvələr arasında baş verən qarşıdurma zamanı 207775032 nömrəli sionist hərbi əsir “Saar Baruç” öldürülüb.

Bu xəbərə əsasən, təcavüzkar qüvvələrdən birinin silahı və sionist xüsusi təyinatlıların simsiz cihazı da ələ keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =