Əl-Qəssam: Biz sionist rejimə əsrin zərbəsini vurduq

Əl-Qəssam: Biz sionist rejimə əsrin zərbəsini vurduq

Əl-Qəssam Briqadalarının sözçüsü Qəzzanın məzlum xalqlarla bağlı insan haqlarından dəm vuran bütün saxta qurumları rüsvay etdiyini vurğulayıb.

Əl-Qəssam Briqadalarının (HƏMAS hərəkatının hərbi qolu) sözçüsü Əbu Ubeydə Əl-Əqsa tufanı əməliyyatının sionist rejimi məhvetmə yoluna çıxardığını vurğulayıb.

O, müqavimət qüvvələrinin Əqsa tufanına çatana qədər bir neçə onilliklər ərzində sionistlərə qarşı mübarizə apardıqlarına işarə edərək, bu məsələyə aydınlıq gətirib: Biz 7 oktyabrda (Əqsa tufanı əməliyyatı) sionistlərə əsrin zərbəsini vurduq.

Şahab xəbər agentliyi Əbu Ubeydəyə istinadən xəbər verir ki, Əl-Qəssam qüvvələri Əl-Əqsa əməliyyatının başlanmasından bu yana 825 sionist hərbi maşını hədəf alıb və onların prioriteti bu müharibənin başa çatmasıdır.

HƏMAS liderlərindən Üsamə Həmdan da vurğulayıb ki, bu hərəkat sionist rejimin Fələstin xalqına qarşı təcavüzünü tamamilə dayandırmağa yönəlmiş hər hansı ideya və ya təklifi alqışlayır.

Tel-Əvivin hərtərəfli atəşkəs olmadan əsirlərini sağ görməyəcəyinə işarə edən Həmdan Fələstin xalqının müvəqqəti və ya qismən atəşkəs ardınca olmadığını bildirib.

Əbu Ubeydə sionist hücumlarının tam dayandırılmasından əvvəl əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşmanın olmayacağını bir daha vurğulayaraq, qeyd edib: Qəzza məzlum xalqlarla bağlı insan haqlarından dəm vuran bütün saxta qurumları rüsvay edib.

Əl-Qəssam sözçüsü “millətimizlə eyni səngərdəyik və onlarla bir tikə çörək və bir qurtum suyu paylaşırıq” ifadəsini işlədib və buna aydınlıq gətirib:

7 oktyabrın Fələstin xalqının qəlbində əkdiyi şey bu cinayətkar düşmənin məğlubiyyətinin təsviri idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + eight =