Əl-Qəssam: Əgər İsrail giorvları canlı istəyirsə, hücumu dayandırmalıdır
Əgər İsrail girovları sağ istəyirsə, təcavüzü dayandırmaqdan başqa, çarəsi yoxdur.” Əl-Qəssam batalyonlarının hərbi sözçüsü əsirlərin dəyişdirilməsi ilə bağlı mübahisəni bu hökmlərlə yekunlaşdırıb.
Əl-Qəssam batalyonları bu gün İsrail əsgərlərini çoxlu tələfata uğratdıqdan sonra bu batalyonların hərbi sözçüsü Əbu Ubeydə bildirib ki, fələstinli mücahidlər düşmənə qarşı dayanıb “ölümcül pusqular” hazırlayaraq onları təqib etməyə davam edəcəklər.
Əbu Ubeydə Qəzzaya hücumun başlanğıcından bu yana İsrailin 720 hərbi maşınının məhv edilməsinə toxunub və sionistlərin vəziyyətini təsvir edərkən deyib: Düşmən ordusunun yeganə narahatçılığı qələbə obrazı yaratmaqdır. Sərgərdan və böhranlı vəziyyyətdəki düşmən tarixdən bir dəfə olsun belə dərs almamışdır.
O, israilli məhbuslar haqqında da deyib: Əgər İsrail əsirlərin sağ olmasını istəyirsə, təcavüzü dayandırmaqdan başqa, çarəsi yoxdur. Hücumların davam etməsi məhbusların azadlığa buraxılmasına imkan verməyəcək.
İsrailin Fələstin xalqı üçün intiqamdan başqa, bir seçim qoymadığını vurğulayan bu HƏMAS rəsmisi qeyd edib: “Düşmən hələ də öz axmaqlıqlarını və tarixi səhvlərini təkrarlayır, çünki onun bizim mədəniyyətimizdən xəbəri yoxdur.
HƏMAS-ın Qəzzadakı siyasi ofisinin rəhbəri Yəhya Əs-Sənvar beynəlxalq vasitəçilərə aydınlıq gətirib ki, israilli məhbusların azadlığa buraxılması ilə bağlı razılaşma yalnız Qəzzada tam atəşkəs əldə edildikdən sonra mümkündür.
Bu barədə Misir mənbələrinə məlumat verən Əs-Sənvar beynəlxalq vasitəçilərə vurğulayıb ki, əgər İsrail öz məhbuslarının “sağ” olmasını istəyirsə, əsirlərin mübadiləsi yalnız “tam atəşkəs”dən sonra mümkündür.
Bundan əvvəl HƏMAS-ın siyasi bürosunun rəhbərinin mətbuat müşaviri Tahir Ən-Nunu, HƏMAS-ın Qəzzada sionist rejim məhbuslarının azad edilməsinə dair yeni razılaşma ilə bağlı Təl-Əvivlə danışıqlar aparması ilə bağlı bəzi xəbərləri təkzib etmişdi.
Əl-Sənvarın açıqlamaları elə bir vəziyyətdə edildi ki
Bu səhər “Yediot Aharonot” qəzeti HƏMAS hərəkatının daimi atəşkəsdə israr etdiyini və müvəqqəti atəşkəsi qəbul etmək istəmədiyini və yeni məhbus mübadiləsi sazişinin Mərvan Əl-Burqusi, Abdullah Əl-Burqusi Əhməd Sədat adlı üç fələstinli məhbusun da azad edilməsi şərtilə mümükün olduğunu vurğuladı.