Əl-Qəssam işğalçı qüvvələrə ağır zərbələr endirib
Əl-Qəssam batalyonları işğalçı İsrail qüvvələrinə ağır zərbələr vurduqlarını açıqlayıb.
İRNA-nın Qətərin Əl-Cəzirə şəbəkəsinə istinadla verdiyi məlumata görə, Əl-Qəssam batalyonları Qəzzə şəhərindəki Şəfa xəstəxanasının cənubunda sionist rejimin şəxsi heyət daşıyıcısını Yassin 105 zirehəleyhinə raketlə hədəf aldığını elan edib.
Əl-Qəssam Briqadaları həmçinin, Qəzzada Şəfa xəstəxanasının cənubunda 3 İsrail tankını Yasin 105 zirehəleyhinə raket və Şvaz bombaları ilə hədəfə aldığını, çox sayda İsrail əsgərinin öldüyünü və yaralandığını açıqlayıb.
Bir neçə saat əvvəl Əl-Qəssam döyüşçüləri artilleriya hücumu ilə Şəfa xəstəxanası ətrafında sionist əsgərlərin mövqelərini hədəfə alıblar.
Əl-Qəssam Briqadaları TBG anti-istehkam raketi ilə Qəzzada Şəfa xəstəxanası ətrafındakı bir binanın içərisində bir qrup sionist əsgəri hədəfə aldığını və onların hamısını öldürdüyünü və ya yaraladığını açıqlayıb.