Əl-Qəssam: İsrail qüvvələrinin 70%-i Qəzzanın şimalından geri çəkildi

Əl-Qəssam: İsrail qüvvələrinin 70%-i Qəzzanın şimalından geri çəkildi

Əl-Qəssam batalyonlarının komandirlərindən biri sionist qüvvələrin meydandakı məğlubiyyətinə işarə edərək, bu əsgərlərin Qəzza zolağının şimalından çıxarılmasının atəşkəslə başladığını elan edib.

Əl-Qəssam batalyonlarının komandirlərindən biri bildirib ki, müqavimət qüvvələrinin hücumları və sionistlərin əməliyyat uğursuzluğu səbəbindən İsrail əsgərlərinin 70%-i Qəzza zolağının şimalını tərk edib.

Sionist Ordu Radiosu ordunun Qəzza zolağının cənubunda yerləşən Xan Yunisə quru hücumunun başladığını elan edib.

Ötən cümə günündən etibarən Xan Yunis sionist rejimin intensiv hava hücumlarının hədəfinə çevrilib və bu baxımdan UNİCEF-in sözçüsü Qəzzanın cənubunun ən şiddətli bombardmana məruz qaldığını və uşaqlar arasında ağır itkilərlə nəticələndiyini açıqlayıb.

O, Əl-Cəzirə xəbər kanalına deyib: Qəzza zolağının şimalından geri çəkilmə atəşkəslə başlayıb və müqavimət qüvvələrinin hücumlarından sonra son iki gündə intensivləşib.

Əl-Qəssam komandiri həmçinin elan edib ki, sionist quru əməliyyatları Qəzza zolağının cənubunda cəmləşib və eyni zamanda şimalda məhdud manevr gücünə malikdir.

Bundan əvvəl sionist ordu Xan Yunis bölgələrində vərəqələr paylayaraq bu şəhəri təhlükəli döyüş bölgəsi elan etmiş və bu ərazinin sakinlərindən şəhəri tərk etmələrini tələb etmişdi.

Sionist rejim Qəzzə zolağına qarşı müharibənin başlanmasından bəri Qəzzanın şimalındakı sakinlərdən Qəzzə zolağının cənubuna getmələrini istəyib və bundan sonra bir neçə dəfə bu bölgənin əhalisinə, xüsusilə də Misirə daşınan yaralılara hücum edib.

HƏMAS hökumətinin Qəzzadakı media ofisinin direktoru Səlame Məruf bu gün  müharibənin 58-ci günündə bildirib ki, son 24 saat ərzində Qəzzada 700-dən çox insan sionist rejimin artilleriya hücumları nəticəsində şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =