Əl-Qəssam: Qəzzada 22 İsrail əsgərini öldürdük

Əl-Qəssam: Qəzzada 22 İsrail əsgərini öldürdük

İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü 22 İsrail əsgərinin ölümünə toxunaraq, müqavimət qüvvələrinin son bir həftə ərzində İsrailə məxsus 42 hərbi maşını məhv etdiyini açıqlayıb.

İzzəddin Əl-Qəssam Briqadalarının (Fələstin HƏMAS hərəkatının hərbi qolu) sözçüsü Əbu Ubeydə müqavimət qüvvələrinin Qəzzada 22 İsrail əsgərini öldürdüyünü açıqlayıb.

Əl-Qəssam qüvvələrinin son bir həftə ərzində 42 İsrail hərbi maşınını məhv etdiyini bildirərək, bu qüvvələr tərəfindən 52 hərbi missiyanın icrası barədə məlumat verib və deyib: Mücahidlərimiz bu missiyalarda minaatan, piyada əleyhinə minalarla sionist qüvvələri hədəfə alıblar.

Əl-Qəssam qüvvələri bu gecə Qəzza şəhərinin “Əz-Zeytun” məhəlləsində bir qrup sionist əsgəri avtomatla hədəfə alıb və bu zaman bir neçə israilli ölüb və yaralanıb. Yaralı əsgərləri xilas etmək üçün sionistlərin avtomobili də münaqişə yerinə gəlib və bu zaman müqavimət qüvvələrinin hədəfinə çevrilib.

Şahab xəbər agentliyi bildirib ki, İsrail əsgərləri Qəzzada iki müqavimət tunelinin lyuklarına yaxınlaşan kimi Əl-Qəssam qüvvələri lyukları partladıb və nəticədə bir neçə israilli ölüb və yaralanıb.

Əbu Ubeydə həmçinin, Əl-Qəssam qüvvələrinin Qəzza zolağında İsrail helikopterinə yer-hava raketi atmasına işarə edərək deyib: Bizim qüvvələrimiz İsrailin iki kəşfiyyat aparatını vurub.

O, müqavimət qüvvələrinin İsrailin qərargahını və səhra əməliyyat otaqlarını minaatan və yaxın mənzilli raketlərlə hədəfə aldığını, Tel-Əvivə və ətraf qəsəbələrə geniş raket hücumları təşkil etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − thirteen =