Əl-Qəssam qüvvələri İsrail əsgərlərini öldürmək üçün pusqudadır

Əl-Qəssam qüvvələri İsrail əsgərlərini öldürmək üçün pusqudadır

Əl-Qəssam Briqadalarının sözçüsü Qəzzədəki toqquşmalarda İsrail əsgərlərinin həlak olmasına işarə edərək, müqavimət qüvvələrinin hərbi kütlələri hədəfə aldığını və sionist rejimin dərinliklərinə raketlər atdığını bildirib.

HƏMAS hərəkatının hərbi qolu olan Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə elan edib ki, son üç gündə Qəzza zolağının müxtəlif istiqamətlərində sionistlərin 135 hərbi maşını məhv edilib.

Onlarla İsrail əsgərinin öldürülməsi və yaralanmasına toxunaraq, tunellərin və evlərin girişlərinin bombalanmasına işarə edib və bu fəaliyyətlər zamanı bir neçə İsrail əsgərinin həlak olduğunu bildirib.

Əl-Qəssam sözçüsü İsrail əsgərlərinin də piyada əleyhinə minalarla hədəfə alındığını bildirib və deyib: Müqavimət qüvvələri minaatan və yaxın mənzilli raketlərlə hərbi toplanma yerlərini hədəfə alıb və sionist rejimin dərinliklərinə raket zərbələri endiriblər.

HƏMAs hərəkatının liderlərindən olan Üsamə Həmdan da Qəzzada Fələstin xalqına qarşı törədilən cinayətlərə görə sionist rejimin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Co Baydenin məsuliyyət daşıdığını vurğulayıb.

Həmdan israilli məhbusların ailələrinə də xitabən deyib: Məhkumların ailələrinə deyirik ki, İsrail ordusunun cinayətlərinin davam etməsi sizin yaxınlarınızı geri qaytarmayacaq.

O, Fələstin müqavimətinin vəziyyətinin yaxşı olduğunu və Əl-Əqsa tufanı əməliyyatının qüdrətlə davam etdiyini bildirib və deyib: Sionist düşmən öz məğlubiyyətlərini etiraf etmir və itkilərin həqiqi sayını açıqlamır.

Bu gün İsrail ordusu iki əsgərinin öldürüldüyünü etiraf edib.

İsrail mediası bu iki nəfərdən birinin Müharibə Şurasının, Knessetin (parlament) üzvü və bu rejimin birləşmiş ordu qərargahının keçmiş rəhbəri Qadi Eyzenkotun oğlu olduğunu bildirib.

Bundan əlavə, Qəzzanın şimalında 4 ordu əsgəri “ağır” yaralanıb. İsrail ordusunun bəyanatına görə, paraşütçülər briqadasından 3 ehtiyatda olan və 7008-ci batalyondan bir ehtiyatda olan hərbçi ağır yaralanıb.

Qeyri-rəsmi mənbələrin azı iki-üç dəfə çox hesab etdiyi sionist ordusunun rəsmi statistikasına əsasən, oktyabrın 7-də Əl-Əqsa tufanı əməliyyatı başlayandan bu ordunun itkilərinin sayı 413 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =