Əl-Qəssam: Sionist ordusunun 68 silah təchizatını məhv etdik
Qəssam Briqadalarının (HƏMAS Fələstin İslami Müqavimət Hərəkatının hərbi qolu) sözçüsü ötən həftə 68 silah təchizatını qismən və ya tamamilə məhv edildiyini və sionist rejimin onlarla əsgərinin həlak olduğunu açıqlayıb.
Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə Qəssam döyüşçülərinin sionist əsgərlərə vurduğu zərbələrin yeni statistikasını təqdim edib.
Əbu Ubeydə deyib: Döyüşçülərimiz keçən həftə 68 silah təchizatını tamamilə və ya qismən məhv etdilər və 53 sionist əsgəri ən yaxın məsafədən öldürdülər. Bundan əlavə, snayperlərimiz 9 sionist əsgəri hədəfə alıblar.
Qəssam Briqadalarının sözçüsü vurğulayıb: Döyüşçülərimiz ötən həftə 57 müxtəlif hərbi missiya zamanı onlarla sionist əsgəri öldürüb və ya yaralayıblar.
Əbu Ubeydə bildirib: Keçən həftə döyüşçülərimiz güllə, səngər və piyada əleyhinə bombalar və snayper tüfəngləri ilə sionist əsgərləri hədəfə aldılar. Onlar düşmən əsgərlərinin üzərinə 4 evi, 2 tunelin girişini və minalanmış sahəni partlatmağa nail olublar.
O, davam edib: Həmçinin, ötən həftə 2 ədəd “Sky Lark” kəşfiyyat təyyarəsi Qəssam döyüşçüləri tərəfindən vuruldu və 8 pilotsuz təyyarə döyüşçülərimizin nəzarətinə keçdi.
Əbu Ubeydə deyib: Bizim döyüşçülərimiz ötən həftə bütün döyüş oxlarında minaatan və yaxın mənzilli raketlərlə düşmənin hərbi texnikasını və müxtəlif mənzilli raketlərlə sionist rejimin daxili bölgələrini hədəfə alıblar.