Əl-Qəssam sözçüsü: Biz 200 israillini əsir götürmüşük

Əl-Qəssam sözçüsü: Biz 200 israillini əsir götürmüşük

Fələstin HƏMAS hərəkatının hərbi qolu olan İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə bu bazar ertəsi axşam sionist düşmənin müharibənin ilk günündən bəri vəhşi hücumlar həyata keçirdiyini vurğulayıb.

Səva xəbər agentliyi Əbu Ubeydəyə istinadən məlumat verir ki, sionist rejim döyüş meydanında müqavimət qüvvələri ilə qarşılaşmaq əvəzinə bu vəhşi hücuma əl atıb.

O, davam edib: İsrail düşməni Qəzzada mühasirəyə alınmış bir qruplaşmanın öz tarixində ona ən ağır zərbəni vura biləcəyini belə düşünmürdü.

Bu HƏMAS rəsmisi 250 israilli əsirin müqavimət qüvvələrinin yanında olduğunu bildirərək, onların 200-nün Əl-Qəssam tərəfindən əsir olduğunu bildirdi.

Əbu Ubeydə indiyədək sionistlərin Qəzzaya hücumları nəticəsində 22 israilli məhbusun öldürülməsinə toxunaraq deyib: Bizdə hələ də kimliyindən əmin olmadığımız əcnəbi məhbuslar var. Əgər şərait yaranarsa, əcnəbi məhbusları azad edəcəyik.

O, həmçinin sionist rejimə xəbərdarlıq edib: Qəzzə təcavüzkarlar üçün qəbiristanlıq olacaq və Qəzzanın qumları düşmənlərini udacaq. Eyni zamanda, onların Qəzzaya gəlişi cinayətlərinə görə cavab vermələri üçün yeni bir fürsət olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 11 =