Əl-Qəssam Tel-Əvivə kütləvi raket hücumları həyata keçirib

Əl-Qəssam Tel-Əvivə kütləvi raket hücumları həyata keçirib

Əl-Qəssam batalyonları Tel-Əvivi və işğal altındakı Fələstinin mərkəzində yerləşən İsrail yaşayış məntəqələrini raket hücumları ilə hədəfə alıb, bunun ardınca bir neçə partlayış səsi eşidilib.

Sionist xəbər mənbələri Tel-Əviv və ətraf bölgələrdə həyəcan siqnalı verildiyini bildirib və bu məsələnin əl-Qəssam batalyonlarının raket hücumları nəticəsində yarandığını açıqlayıb.

Bu hücumlardan sonra Tel-Əviv və Qoş Dan bölgəsindən bir neçə partlayış səsi eşidilib. İsrail ordusu müdafiə sistemlərinin 8 raketi ələ keçirdiyini iddia edib.

Livanın Hizbullah hərəkatı bir saat əvvəl Fələstin xalqına dəstək olaraq yerli vaxtla saat 16:05-də “Natua” qəsəbəsi yaxınlığında sionist rejim ordusuna məxsus bir tankı məhv etdiyini elan edib.

Hizbullah bu gün saat 15:45-də İsrailin Avivim şəhərində bir evin içərisində sionist əsgərlərin toplaşdığı yerə hücum edib, nəticədə bir neçə nəfər həlak olub və yaralanıb.

Bu müqavimət hərəkatı Qrad raketləri ilə “Beyt Hilil” hərbi bazasını da hədəfə alıb.

Yerli vaxtla saat 16:15-də Hizbullah Şlomi bölgəsində “Rafael” Military Industries şirkətinə məxsus fabriki raketlə hədəfə alıb və nəticədə yanğın baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =