Əl-Qəssam Tel-Əvivi raket hücumlarının hədəfinə çevirib

Əl-Qəssam Tel-Əvivi raket hücumlarının hədəfinə çevirib

Cümə günü axşam xəbər mənbələri Əl-Qəssam batalyonlarının Tel-Əvivə kütləvi raket zərbələri endirdiyini bildirib.

İRNA-nın cümə günü gecə yaydığı xəbərə görə, İzzəddin Qəssam Briqadaları sionist rejimin dinc əhaliyə qarşı cinayətlərinə cavab olaraq Tel-Əvivi kütləvi raket hücumlarına məruz qoyduğunu elan edib.

Sionist mediası Qəzza zolağından Tel-Əvivə doğru çoxlu raketlərin atıldığını və güclü partlayış səsinin eşidildiyini açıqlayıb. Tel-Əvivin müxtəlif ərazilərində xəbərdarlıq sirenaları işə düşüb.

Livan Hizbullahı da bu gün genişmiqyaslı hücumlarda sionist rejimin müxtəlif bazalarını hədəfə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + ten =