“Əl-Qəssam”ın Tel-Əvivdə yeni hücumları dalğası: Ben Qurion hava limanı bağlanıb

“Əl-Qəssam”ın Tel-Əvivdə yeni hücumları dalğası: Ben Qurion hava limanı bağlanıb

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadaları raket hücumları ilə Təl-Əvivi hədəfə alıb.

İRNA-nın məlumatına görə, İzzəddin Əl-Qəssam batalyonları Qəzzada dinc əhalinin öldürülməsinə cavab olaraq Tel-Əvivə onlarla raket zərbəsi endirib.

Sionist mediası bildirib ki, bu böyük raket hücumundan sonra Tel-Əviv və ətraf rayonlarda həyəcan təbili çalınıb və Tel-Əvivdəki Ben Qurion hava limanı bağlanıb.

Eyni zamanda, Sərayəl-Qüds (Fələstin İslami Cihad hərəkatının hərbi qolu) bəyanat yayaraq, Qəzzə zolağı ətrafındakı sionist yaşayış məntəqələrində sionist rejimin mövqelərinə ağır raket və minaatan hücumları ilə bağlı açıqlama verib.

Sərayəl-Qüds bəyanatında deyilir: “Biz Qəzza zolağının yaxınlığındakı Kesofim Nirim, Miftahim, Sofa və Burcəl-İrsal yaşayış məntəqələrində düşmən mövqelərinə intensiv raket hücumları həyata keçirdik.

Əl-Əqsa tufanı əməliyyatının 9-cu gününə daxil olması və müqavimət döyüşçülərinin sionist rejimə qarşı döyüşdə bənzərsiz qələbələr əldə etməyə davam etməsi ilə çıxılmaz vəziyyətlə üzləşən İsrail ordusu yaşayış məntəqələrini, tibb mərkəzlərini, məscidləri və fələstinli qaçqınların yerləşdiyi sığınacaqları bombalayıb. Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla 2450 fələstinli qətlə yetirilib.

İndiyədək işğal olunmuş ərazilərdə müqavimət əməliyyatlarını dayandırmaq cəhdləri uğursuzluğa düçar olan və hələ də Fələstin müqavimətinin misli görünməmiş məğlubiyyətinin şokunda olan saxta sionist rejimin rəhbərləri dinc fələstinliləri hədəf almaqda davam edir.

Rəsmi məlumatlara görə, 9200-dən çox fələstinli sionist rejimin bombardmanları nəticəsində yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − 5 =