Əli Baqeri Kani: İran əleyhinə sanksiyaların ləğvi ilə bağlı danışıqlar hələ də davam edir

Əli Baqeri Kani: İran əleyhinə sanksiyaların ləğvi ilə bağlı danışıqlar hələ də davam edir

İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra sanksiyaların ləğvi ilə bağlı danışıqların dayanmayıb.

Bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edə Əli Baqeri Kani söyləyib.

“İsmarış mübadiləsi dayanmayıb və bu günə qədər də davam edir”, – diplomat vurğulayıb. Eyni zamanda o qeyd edib ki, “[İranda] nüvə fəaliyyətləri Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında davam edir”.

Baqeru Kani həmçinin Fələstin-İsrail münaqişəsini müzakirə etmək üçün bir sıra Yaxın Şərq ölkələrinə səfərlər edəcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 13 =