Əliyev Azərbaycan Respublikasının bayrağını Qarabağda qaldırıb

Əliyev Azərbaycan Respublikasının bayrağını Qarabağda qaldırıb

Ötən ay Qarabağda ermənilərin ölkəni tərk etməsinə səbəb olan hərbi əməliyyatlardan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən (bazar günü) ölkəsinin bayrağını bu bölgədə ucaldıb.

İRNA-nın  məlumatına görə, Azərbaycan Prezidentinin Mətbuat Xidməti dünən günortadan sonra elan edib ki, Əliyev Dağlıq Qarabağ bölgəsinin mərkəzi Xankəndi şəhərində ölkə bayrağını ucaldıb.

Azərbaycan Respublikasının hakimiyyəti altında dünya ictimaiyyətinin tanıdığı Qarabağ bölgəsi və Xankəndi şəhəri üç onillik ərzində qondarma Artsax Respublikası tərəfindən işğal olunub və ermənilər onu Stepanakert adlandırıblar.

Azərbaycan Respublikasının Prezidenti həmçinin ölkəsinin bayrağını Sərsəng bəndinin su anbarının yanında və Ağdərə şəhərində ucaldıb.

Sentyabr ayında Azərbaycan Respublikasının hərbiləri bölgədə qondarma Artsax hökumətinə qarşı hərbi əməliyyat keçirdi və bu əməliyyatdan sonra Rusiya ilə razılaşma əsasında bu təşkilatlar silahlarını təhvil verdilər.

Bundan sonra Bakının həmin ərazidə yaşayan ermənilərə öz vətəndaşı kimi baxmağa zəmanət verdiyinə baxmayaraq, 30 il Dağlıq Qarabağda yaşayan 120 min erməni  Azərbaycan Respublikasının tabeliyində yaşamaqdan imtina edib ermənistana getdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 6 =