Əliyev: Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etməlidir

Əliyev: Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etməlidir

Azərbaycan Respublikası Prezidenti deyib: “Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etməkdir.”

İlham Əliyev əvvəllər Qarabağın erməni etnik qrupunun nəzarətində olan Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Bakının bütün şərtlərini İrəvanın qəbul etməli olduğunu vurğulayaraq deyib: “Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər.”

Prezident daha sonra deyib: “Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 11 =