Elxan Şükürlü: Sionist-səlibçi düşüncə sahibləri Netanyahunu xilas etməyə çalışırlar
Azərbaycanlı siyasətçi, Ədalət Partiyasının sədr müavini ABŞ-İngiltərə cütlüyünün avantürasını tənqid edib.
Elxan Şükürlü feysbuk üzərindən yaydığı məqalədə bildirir: “Yəmən xalqının, xüsusən də şiə husilərin ABŞ-dan əsas tələbi İsrailin Qəzzədə oktyabrın 7-dən üzübəri apardığı hərbi əməliyyatların dayandırılmasıdır. Babül-Məndəb boğazını bağlamaq təhdidləri də buna görədir”.
Partiya funksionerinin fikrincə, HƏMAS-ı ən qısa müddətdə məhv edəcəyini açıqlamış İsrailin Netanyahu hökuməti 3 aydır Qəzzədə istəyinə nail ola bilmir və çıxış yolunu İranı işin içərisinə qatmaqla, regionda daha böyük oyunçuların iştirakıyla müharibə vəziyyəti yaratmaqda görür. Və bu istiqamətdə Qərbdəki sionist-səlibçi düşüncə sahibləri də Netanyahunun planına dəstək verməyə çalışırlar.