Əmir Abdullahian: “Qəzzədə qətliam dayandırılmasa, bütün tərəflərin əli tətikdə olacaq”

Əmir Abdullahian: “Qəzzədə qətliam dayandırılmasa, bütün tərəflərin əli tətikdə olacaq”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian hazırda müqavimət cəbhəsi ölkələrinə səfər edərək İraq, Suriya, Livan və Qətərin yüksək vəzifəli şəxsləri və həmçinin Livan Hizbullahının baş katibi və HƏMAS-ın siyasi ofisinin rəhbəri ilə görüşdükdən sonra, Tehrana qayıdışında bu səfər haqda açıqlama verib.

İran Diplomatik xidmət rəhbəri vediyi bu açıqlamada İraq, Livan, Suriya və Qətərə səfəri haqda deyib ki, bu səfərin ilk məqsədi müqavimətin başçıları ilə görüşmək və sionist rejimin hərbi cinayətləri ilə mübarizədə müqavimətin dəqiq vəziyyəti, hazırkı müharibə şəraitini öyrənmək idi. Aparılmış danışıqların digər məqsəd isə regional siyasi liderlərlə daışıqlarda müharibə cinayətlərini dayandırmaq və insan blokadasını aradan qaldırmaq üçün dərhal siyasi həll yolunun araşdırılması idi. Müqavimət cəbhəsində hər kəsin əhval-ruhiyyəsi yüksəkdir. Fələstin müqaviməti sionist rejimin hərbi cinayətlərinə cavab vermək üçün lazımi imkanlara malik olduğunu bildirdi, lakin hazırda mövcud olan səhnə belədir ki, İsrail rejiminin döyüş bölgəsindəki aciz qalması səbəbi ilə qadın, uşaq və mülki vətəndaşların qətliamına əl atdığı müşahidə edilir.O, daha sonra əlavə edib ki, siyasi müzakirəyə gəlincə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasının dərhal keçirilməsi barədə razılıq əldə olunub və bu görüşün çərşənbə günü Ciddədə keçirilməsi planlaşdırılır.İran Xarici işlər naziri açıqlamasına davam edərək bildirib ki, biz müxtəlif tərəflərə açıq şəkildə çatdırırıq ki, qadın və uşaqların zorakılığı və öldürülməsi dərhal dayandırılmasa, bölgədəki bütün tərəflərin əli tətikdə olacaq və hazırkı vəziyyət hər saat böyük bir partlayışı mümükün olan barıt çəlləyi kimdir. Əgər mövcud şərait belə davam edərsə regiona nəzrət bütün tərəflərin əlindən çıxacaqdır.

İran İslam Respublikasının ali diplomatı daha sonra vurğulayıb ki, bu görüşlərdə ABŞ tərəfinə ciddi şəkildə xəbərdarlıq edilib ki, siz eyni zamanda müqaviməti, həm də digər ölkələri təmkinli olmağa dəvət etdiyiniz halda müharibənin genişlənməməsindən danışa bilməzsiniz. Bununla belə ki, özünüz dağılmış İsrail rejiminin yanında tərəf tutasınız. Bundan sonrakı hər hansı nəticələrə və regionda mümkün müqavimət cəbhələrinin açılması görə məsuliyyət birbaşa ABŞ və sionist rejimin üzərinə düşür. Ümid edirik ki, siyasi məsləhətləşmələr günahsızlara qarşı təcavüzün dayandırılmasına kömək edəcək.O, beynəlxalq ictimaiyyətin və bütün tərəflərin səyləri ilə sionist rejimin Qəzzada cinayətlərinin dayandırılması, insan blokadasının aradan qaldırılması və regionda sabitlik və sülhün bərqərar olmasının şahidi olacağımıza ümid etdiyini bildirərək deyib ki, əks halda yaxın saatlarda bölgənin vəziyyətinin necə olacağı təxmin edə bilməyəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + five =