Əmir Abdullahian Qəzzaya tibbi yardım göndərmək üçün ÜST-ün mühüm rol oynadığını vurğulayıb

Əmir Abdullahian Qəzzaya tibbi yardım göndərmək üçün ÜST-ün mühüm rol oynadığını vurğulayıb

Xarici işlər naziri sionist rejimin Qəzzada törətdiyi cinayətlərə toxunaraq, Qəzzaya humanitar yardım və dərman göndərilməsi üçün beynəlxalq təşkilatların, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatının rolunun zəruriliyini vurğulayıb.

Hüseyn Əmir Abdullahian ÜST-ün Şərqi Aralıq dənizi regionu üzrə regional direktoru ilə görüşündə deyib: Sionist rejimin Qəzzada törətdiyi cinayətlər və soyqırımı təkcə bombardmanlarla məhdudlaşmır, çoxlu fələstinli, xüsusilə uşaq və qadınlar aclıqdan, xəstəlikdən və dərman çatışmazlığından dünyalarını dəyişib. 

O, həmçinin regionun əsas ölkələrinin, xüsusən də İranın ÜST ilə əməkdaşlığının inkişafı istiqamətində göstərdiyi xüsusi diqqət və səylərə görə xanım Bəlxiyə təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − three =