Əmir Abdullahian: Şəhid Rəzinin terror edilməsi İsrailin siyasi, hərbi və təhlükəsizlik məğlubiyyətinə görə qəzəbindən qaynaqlanıb

Əmir Abdullahian: Şəhid Rəzinin terror edilməsi İsrailin siyasi, hərbi və təhlükəsizlik məğlubiyyətinə görə qəzəbindən qaynaqlanıb

Xarici işlər naziri Vəliəsr bazasının Həzrəti Fatimeyi-Zəhra (s.ə.) Hüseyniyyəsində keçirilən Şəhid Seyid Rəzi Musəvinin anım mərasimi çərçivəsində deyib: Şəhid Seyid Rəzi Musəvi ən yaxşılardan biri idi və mən uzun illər Suriyaya etdiyim bütün səfərlərdə onunla əlaqə saxlamışam. Terrorizm və sionizmlə mübarizədə onun milli və regional təhlükəsizliyin maksimum dərəcədə təmin olunması üçün vicdanla və ixlasla çalışdığının şahidi olmuşam.

Cinayətkar sionist rejim onu əclaflıqla terror etdi, lakin bu sui-qəsd İran İslam Respublikasının regionda və ölkəmizdə maksimum təhlükəsizliyi təmin etmək məqsədlərindən heç nəyi azaltmayacaq, əksinə, bizi bu istiqamətdə daha qətiyyətli edəcək.

Sionist rejim son 80 gündə iki dəfə məğlubiyyətə uğradı; İlk məğlubiyyəti oktyabrın 7-də oldu. Bu gün İsrail sözün əsil mənasında siyasi və təhlükəsizlik müstəvisində çökdü və məğlub oldu. İkinci məğlubiyyət isə, son 80 gündə Qəzzanın müqaviməti ilə hərbi müstəvidə də məğlub oldu.

İsrailin Seyid Rəziyə qarşı atdığı addım, dünyada qeydə alınan siyasi, hərbi və təhlükəsizlik məğlubiyyəti zamanı üzləşdiyi qəzəbdən irəli gəlir və bütün hərbi strateqlər bunu vurğulayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − nine =