Əmir Abdullahian: Sionist rejimi sanksiya edin!
Səudiyyə Ərəbistanında səfərdə olan İran XİN başçısı sionist rejimin son vandallıqlarına işarə edərək “Bu rejimi sanksiya edin!” deyə islam ölkələrinə müraciət edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian işğalçı sionist rejimin Qəzzəyə hücumları və minlərlə günahsız sivil insanın həlak olmasına işarə edərək bu cinayətkar rejimin müsəlman ölkələri tərəfindən sanksiya edilməsini vurğulayıb.
Digər bir xəbərdə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclası çərçivəsində görüşdüyü də deyilir.
Verilmiş məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, çoxtərəfli regional əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.