Əmir-Abdullahiyan: ABŞ Qəzzədə soyqırımın davam etdirilməsinə yol açıb

Əmir-Abdullahiyan: ABŞ Qəzzədə soyqırımın davam etdirilməsinə yol açıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Qəzzə zolağında gedən müharibədəki son hadisələri müzakirə ediblər.

Söhbət zamanı iranlı nazir Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İsrail rejiminin Qəzzədə dinc əhaliyə qarşı hərbi hücumları və cinayətlərinin dayandırılması məsələsinə ABŞ tərəfindən veto qoymasından təəssüfləndiyini bildirib və bu hərəkəti bölgədə soyqırımın davam etdirilməsinə icazə verilməsi kimi qiymətləndirib.

Əmir-Abdullahiyan sonra təcili olaraq müharibə cinayətlərinin dayandırılmasına və Qəzzə zolağına daha çox humanitar yardımın göndərilməsinə təkid edib.  

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ikitərəfli əməkdaşlıq prosesindən məmnunluğunu ifadə edərək, Qəzzədə atəşkəsə nail olmaq, sakinlərə humanitar yardımın göndərilməsi üçün beynəlxalq səylərin davam etdirilməsinin və müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini vurğulayıb.

Digər tərəfdən Rusiya Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasında Qəzzədəki vəziyyətə baxılması barədə rəsmi bəyanatında deyilir: “Qəzzə zolağındakı münaqişənin həlli ilə bağlı ABŞ-ın mövqeyi dəhşətli qan tökülməsinin davam etməsi deməkdir.

Dekabrın 9-da ABŞ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qəzzədə dərhal atəşkəs elan edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnaməsini bloklayıb. BMT Təhlükəsizlik Şurasının 13 üzvü qətnamənin lehinə səs verib, İngiltərə bitərəf qalıb, yalnız ABŞ buna qarşı çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =