Əmir Abdullahiyan Fələstin xalqı və müqavimət qruplarının sionistlərə qarşı mövqeyini alqışlayıb

Əmir Abdullahiyan Fələstin xalqı və müqavimət qruplarının sionistlərə qarşı mövqeyini alqışlayıb

Xarici İşlər naziri Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Siyasi Ofisinin rəhbəri ilə telefon danışığında Fələstin xalqının və müqavimət qruplarının son yeddi ayda Qəzzəyə qarşı müharibə və soyqırımda sionist rejimə qarşı qəhrəman mövqeyini təqdir edib.

HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə mayın 6-da bazar günü axşam saatlarında Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığında Qəzzəyə qarşı müharibəni dayandırmaq üçün təqdim olunan siyasi layihəyə HƏMAS-ın cavabı barədə məlumat verib.
Həniyyə bu telefon danışığında HƏMAS-ın hər hansı siyasi razılaşmada Fələstin xalqının hüquqlarını müdafiə edəcəyini vurğulayıb.
HƏMAS Siyasi Ofisinin rəhbəri deyib: “Biz İsrail rejiminin hücumlarını dayandırmaq, əsirlərin mübadiləsi, humanitar blokadanın aradan qaldırılması və digər şərtlərlə bağlı Misir və Qətərin təklif etdiyi plana HƏMAS-ın cavabını göndərdik. İndi top qarşı tərəfin meydanındadır.”
Əmir Abdullahiyan da İran İslam Respublikasının Fələstin xalqının hüquqlarının bərpa olunması, o cümlədən sionist rejimin cinayətlərinin dərhal və həmişəlik dayandırılması, Qəzzə zolağına qarşı amansız blokadanın aradan qaldırılması, əsirlərin dəyişdirilməsi, işğalçı İsrail qüvvələrinin Qəzzə zolağından tam və qeyd-şərtsiz çıxarılmasını və müharibənin dağıntılarının aradan qaldırılması ilə bağlı dəstəyini elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =