Əmir Abdullahiyan: İran həmişə Yəmən xalqının iradəsini dəstəkləyir

Əmir Abdullahiyan: İran həmişə Yəmən xalqının iradəsini dəstəkləyir

Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ənsarullahın sözçüsü Məhəmməd Əbdüssalam ilə görüşündə bildirib ki, İran həmişə Yəmən xalqının iradəsini dəstəkləyir.

Tasnim xəbər agentliyinin beynəlxalq qrupunun xəbərinə görə, Yəmənin Milli Qurtuluş Hökumətinin sözçüsü və danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüssalam bazar ertəsi Tehrana səfəri zamanı Xarici İşlər naziri ilə görüşüb.

Bu görüşdə Əmir Abdullahiyan İran İslam Respublikasının Yəməndə sülhün bərqərar olmasının tərəfdarı olduğunu bildirərək Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqların gedişatından məmnunluğunu ifadə edib və İran İslam Respublikasının hər zaman Yəmən xalqının iradəsini dəstəklədiyini vurğulayıb.

Əmir Abdullahiyan Ənsarullahın məzlum Fələstin xalqını dəstəkləməkdə güclü və mötəbər mövqeyini yüksək qiymətləndirib və təşəkkür edib.

Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun rəhbəri bu görüşdə İran İslam Respublikasının müqavimət cəbhəsinə davamlı siyasi dəstəyini yüksək qiymətləndirib və İran Xarici İşlər nazirini Yəməndəki son sülh hadisələri barədə məlumatlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − six =