Əmir Abdullahiyan: İranın siyasəti ölkələrlə konstruktiv qarşılıqlı əlaqədir – Bütün tərəflərin əlini sıxırıq

Əmir Abdullahiyan: İranın siyasəti ölkələrlə konstruktiv qarşılıqlı əlaqədir – Bütün tərəflərin əlini sıxırıq

İranın Xarici İşlər naziri İran İslam Respublikasının Ayətullah Rəisi hökumətinin xarici siyasətndə Asiya prioritet olmaqla, dünyanın bütün ölkələri ilə konstruktiv qarşılıqlı fəaliyyətə və qonşuları ilə güclü əməkdaşlığa diqqət yetirdiyini bəyan edərək deyib: “Bununla bağlı biz bütün tərəflərin, dünyadakı dostlarımızın, qardaşlarımızın əlini səmimanə sıxırıq.”

İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan İslam İnqilabının qələbəsinin 45-ci ildönümü və İran İslam Respublikasının Milli Günü münasibətilə videomüraciət yayıb.

Müraciətin bir hissəsində deyilir:

Çox şadam ki, İran İslam İnqilabının qələbəsinin 45-ci ildönümündə biz müxtəlif sahələrdə çoxlu nailiyyətlərin şahidi oluruq. Texnologiyanın bütün sahələrində əldə edilən nailiyyətlər bilik, elm, sənaye, kosmosda mövcudluq, tibb, mühəndislik və humanitar elmlərin, təcrübi və texniki elmlərin digər sahələrinin sərhədlərinin genişlənməsi və inkişafı ilə bağlıdır. Bu gün İran bəzi elmi və texnoloji sahələrdə dünyanın ilk 5 ölkəsi sırasında sayılır. 

Vurğulamaq istərdim ki, bəzi tərəflərin diqqət mərkəzində təkqütblülüyün davam etdirilməsi bir çox böhranların, qeyri-müəyyənliklərin, siyasi və beynəlxalq həllərin təmin edilməməsinin və təbii olaraq dünyanın müxtəlif bölgələrində müharibə və təhdidin əhatə dairəsinin genişlənməsinə səbəb olmuşdur.

İşğalçı İsrail rejiminin Qəzzada törətdiyi soyqırım başda olmaqla, bugünkü hadisələr Birləşmiş Millətlər Təşkilatının, xüsusilə də Təhlükəsizlik Şurasının öz vəzifələrini yerinə yetirməkdə səmərəsiz olduğunu açıq şəkildə göstərdi. Çoxqütblülüyə diqqət yetirilməsi, Təhlükəsizlik Şurasının və Birləşmiş Millətlər Təşkilatının strukturunda islahatların aparılması əsas zərurət hesab olunur.

İran İslam Respublikası Ayətullah Rəisi hökumətinin xarici siyasətndə Asiya prioritet olmaqla, dünyanın bütün ölkələri ilə konstruktiv qarşılıqlı fəaliyyətə və qonşuları ilə güclü əməkdaşlığa diqqət yetirir. Bununla bağlı biz bütün tərəflərin, dünyadakı dostlarımızın və qardaşlarımızın əlini səmimanə sıxırıq. Subhan Allahdan dünyadakı hər bir əziz İranlıya ən yaxşılarını arzulayıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 9 =