Əmir Abdullahiyan İslami Cihadın baş katibi ilə telefonla danışıb

Əmir Abdullahiyan İslami Cihadın baş katibi ilə telefonla danışıb

İslami Cihadın baş katibi Əmir Əbdullahiyanla telefon danışığında Qəzzada son hadisələr və Fələstin müqavimət qruplarının sionist rejimin hücumları ilə mübarizəyə tam hazır olması barədə məlumat təqdim edib.

Xarici İşlər naziri Əmir Əbdullahiyan və Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəxalə dekabrın 8-i axşam telefon danışığında Fələstində baş verən son hadisələri müzakirə ediblər.

Bu telefon danışığında xarici işlər naziri Ziyad Nəxaləyə Fələstin xalqına dəstək üçün ərəb, İslam və İran İslam Respublikasının son diplomatik addımları, o cümlədən İran İslam Respublikası prezidenti ilə Rusiya prezidenti arasında Moskva keçirilən danışıqlar barədə məlumat verib.

Əmir Abdullahiyan həmçinin sionist rejimin hərbi cinayətlərinin dayandırılması üçün beynəlxalq ictimaiyyət və məsul beynəlxalq qurumların təcili və təsirli addım atmasının vacibliyini vurğulayıb.

Fələstin İslami Cihad Hərəkatının baş katibi bu danışıqda ərəb-İslam səyləri və İran İslam Respublikasının fəaliyyətlərinə görə təşəkkür edərək, bu sahədəki son hadisələr və Fələstin müqavimət qruplarının sionist rejimin vəhşi hücumları ilə mübarizə və Qəzzə xalqını müdafiə etmək üçün tam hazırlığı haqqında məlumatlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 7 =