Əmir Abdullahiyan: Pakistanda terrorçuların düşərgələrini zərərsizləşdirmək və məhv etmək vacibdir

Əmir Abdullahiyan: Pakistanda terrorçuların düşərgələrini zərərsizləşdirmək və məhv etmək vacibdir

Pakistan İslam Respublikasının Xarici İşlər naziri cənab Cəlil Abbas Cilaninin telefon zənginə cavabında ölkəmzin Xarici İşlər naziri Əmir Abdullahiyan İran İslam Respublikasının xarici siyasətində və qonşuluğunda Pakistanın mövqeyini əhəmiyyətli adlandırmaqla yanaşı deyib: “Keçmişdə iki ölkənin hakimiyyət orqanları tərəfindən razılaşdırılan və vurğulanan təhlükəsizlik və hərbi əməkdaşlıq oxunu ciddi şəkildə davam etdirmək məqsədəuyğundur.”

Doktor Əmir Abdullahiyan əlavə edib: “İranın təhlükəsizlik qüvvələri öz əməliyyat bazalarında hər hansı terror əməliyyatı ilə elə ilkin mərhələdə ikən mübarizə aparırlar və terrorçuların əməliyyat hərəkətlərinin qarşısını alırlar.”

Bu telefon danışığında Pakistanın Xarici İşlər naziri cənab Cəlil Abbas Cilani də iki ölkənin terrorla mübarizədə ortaq məqsədlərinə toxunaraq deyib: “Terrorla mübarizədə ortaq baxış iki ölkə arasında əməkdaşlığın əsasını təşkil edir. Pakistan həmişə İranla qardaşlıq və konstruktiv münasibətləri vurğulayır, suverenlik və ərazi bütövlüyü hüququ İslamabadın həmişə ciddi diqqət mərkəzində olub.”

Cəlil Abbas Cilani Pakistan xalqı və hökumətinin İran İslam Respublikasına xüsusi maraq və hörmətini vurğulayaraq, iki ölkə arasında qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə inkişaf etdiyini diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 7 =