Əmir Abdullahiyan: Təhlükəsizlik Şurası sionist rejimi tərksilah etmək üçün təcili tədbirlər görməlidir

Əmir Abdullahiyan: Təhlükəsizlik Şurası sionist rejimi tərksilah etmək üçün təcili tədbirlər görməlidir

 Xarici İşlər naziri deyib: BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyi vəhşi sionist rejimi tərksilah etmək üçün dərhal və dayanmadan tədbirlər görməlidir.

İRNA-nın xarici siyasət sahəsi üzrə bölməsinin verdiyi xəbərə görə, ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan sionist rejim nazirinin Qəzza əhalisinə qarşı atom bombası istifadə etmək hədəsinə münasibət bildirərək sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “İsrail rejimi nazirinin atom bombasından istifadə ilə bağlı açıqlaması bu rejimin müqavimət qüvvələri qarşısında əsl məğlubiyyətini göstərir.”

Xarici İşlər naziri əlavə edib: “BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyi bu vəhşi və aparteid rejimini tərksilah etmək üçün dərhal və fasiləsiz tədbirlər görməlidir. Sabah gecdir. Bu soyqırıma görə tam məsuliyyət Ağ Evin üzərinə düşür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − seven =