Əmir Abdullahiyan: Təl-Əviv ağır geri sayım gözləməlidir

Əmir Abdullahiyan: Təl-Əviv ağır geri sayım gözləməlidir

 İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Suriyadakı yüksək rütbəli hərbi məsləhətçilərindən olan Seyid Rəzi Musəvinin şəhadəti münasibəti ilə başsağlığı verməklə yanaşı vurğulayıb ki, Təl-Əviv ağır geri sayım gözləməlidir.

İRNA-nın verdiyi məlumata görə, Əmir Abdullahiyan X (keçmiş Twitter) sosial şəbəkəsində istifadəçi hesabında yazıb: “İranın Suriyada terrorla mübarizə üzrə müşaviri cənab Seyid Rəzi Musəvinin şəhadəti ilə bağlı onun hörmətli ailəsinə və iki İran və Suriya xalqına dərin hüznlə başsağlığı verirəm.”

Xarici İşlər naziri əlavə edib: “Bu şərəfli şəhid İranın və regionun təhlükəsizliyini terrorçulara qarşı təmin etmək üçün uzun illər şəhid Hacı Qasım Süleymani ilə birlikdə şücaətlə mübarizə apardı.”

Əmir Abdullahiyan vurğulayıb: “Təl-Əviv ağır geri sayım gözləməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 18 =