Əmir Abdullahiyan: Terror hərəkətləri İranın sürətli inkişafını dayandıra bilməz
İran Xarici İşlər naziri Rask şəhərində baş verən terror hadisəsi ilə bağlı başsağlığı verərək yazıb: “Düşmənlərin terror hərəkətləri İranın və qeyrətli Sistan və Bəlucistanın sürətli inkişafı və təhlükəsizliyini dayandıra bilməz.”
İRNA-nın xarici siyasət bölməsinin verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahiyan sosial şəbəkədəki şəxsi səhifəsində Rask şəhərinin bir neçə polis əməkdaşının şəhadəti münasibətilə bu milli qəhrəmanların yaxınlarına, böyük Hüquq-Mühafizə Qüvvələri ailəsinə və onun komandanına, şərəfli İran xalqına başsağlığı verib.
Əmir Abdullahiyan: Terror hərəkətləri İranın sürətli inkişafını dayandıra bilməz
O, müraciətinin davamında yazıb: “Uca Allahdan bu şərəfli şəhidlərə uca məqamlar, yaralılara isə tezliklə şəfa diləyirəm.”
Ölkəmizin Xarici İşlər naziri müraciətində vurğulayıb: “Sevimli İranın təhlükəsizlik və tərəqqisinin düşmənlərinin bu cür terror hərəkətləri İranın və qeyrətli Sistan və Bəlucistanın sürətli inkişafı və təhlükəsizliyini dayandıra bilməz.”