Ən uzun gecə…

Ən uzun gecə…

Hər il payız fəslinin bitməsi ilə qışın başlanğıc gecəsi olan “Yəlda Gecəsi” iranlılar tərəfindən böyük coşqu ilə qeyd olunur. Nar və qarpız kimi meyvələr və çərəzlər bu gecə süfrələrin vazkeçilməz ləzzətlərindəndir.

Payızın son gecəsi və ilin ən uzun gecəsi olan Yəlda Gecəsi min illərdir iranlılar tərəfindən qeyd olunur. 

Yəlda, doğuş mənasını verən bir Suriya sözündən götürülmüşdür. Yəldanın tarixi və keçmişi qədim dövrlərə gedib çıxır, ancaq tarixinin dəqiq nə vaxta təsadüf etdiyi aydın deyil.

İranlılar bu gecə bir araya gələrək, nar və qarpız kimi meyvələr və qoz-fındıq yeyib bayram edirlər.

Əslində İranda Yelde gecəsi ailə üzvləri və qohumların bir araya gələrək, gecəni birlikdə qeyd etmələri üçün bir bəhanədir.

Yəlda gecəsi və ya Çille gecəsi, xüsusi çərəzlər, qarpız, nar, şirniyyat və müxtəlif meyvələr istifadə olunur və bu yeməklərin hər biri xüsusi bir şeyi simvolizə edir və bolluq, sağlamlıq, bərəkət, sevinc və xoşbəxtliyin rəmzidirlər. 

Yəlda gecəsinin əsas meyvələri  nar və qarpızdır. Nar qırmızı rəngi ilə günəşin və xoşbəxtliyin simvoludur.

Bu xüsusi gecədə məşhur İran şairi Hafizin şeir divanına baş çəkib, fal tutmaq da dəbdədir.

Ancaq bu il Yelda Gecəsi hər ildən tam fərqli olacaq. Bu il koronavirus epidemiyası səbəbindən, iranlılardan sevdiklərinin sağlamlığını qorumaq üçün Yəlda gecəsini öz evlərində qeyd etmələri xahiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =