“Ənsar Allah”: Zərbələrə baxmayaraq, İsrailə bağlı gəmilərə hücumu davam etdirəcəyik

“Ənsar Allah”: Zərbələrə baxmayaraq, İsrailə bağlı gəmilərə hücumu davam etdirəcəyik

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatı ABŞ və Böyük Britaniyanın husilərin nəzarətində olan ərazilərdəki hədəflərə zərbə endirməsinə baxmayaraq, Qırmızı dənizdə İsrailə bağlı mülki gəmilərə hücumu davam etdirəcək.

Bu barədə hərəkatın rəsmi nümayəndəsi Məhəmməd Abdel Salam bildirib.

“Bir daha bildiririk ki, Yəmənə qarşı təcavüzün heç bir əsası yoxdur, çünki Qırmızı və Ərəb dənizlərində beynəlxalq gəmiçilik təhlükə altında deyildi. Biz işğal olunmuş Fələstinin limanlarına gedən İsrail gəmilərinə hücum etmişik və hücuma davam edəcəyik”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + five =